×
A
A
A
Sazlamalar

İki ayda 10 min ton şəkər tozu ixrac olunub

Bakı, 25 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında 10 min tondan çox şəkər tozu ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 7,3 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 4,1 milyon dollar olmaqla 6305 ton şəkər tozu ixrac edilib.

İqtisadiyyat 2023-03-25 17:31:00