×
A
A
A
Sazlamalar

“Turan Tovuz” futbol klubu Şəhriyar Əliyevlə müqaviləni yeniləyib

Bakı, 25 mart, AZƏRTAC

“Turan Tovuz” futbol klubu Şəhriyar Əliyevlə müqaviləni yeniləyib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, müdafiəçi ilə müqavilənin müddəti daha 1 il artırılıb.
Ş.Əliyev 2023-2024-cü il mövsümünün sonunadək Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, futbolçu cari mövsümün əvvəlindən “Turan Tovuz”da oynayır.

İdman 2023-03-25 04:21:00