×
A
A
A
Sazlamalar

İki karateçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı, 25 mart, AZƏRTAC

İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, millimizin iki üzvü çempionatın finalına yüksəlib. İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) qızıl medal uğrunda mübarizə aparacaqlar.
Digər karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) bürünc medal uğrunda yarışacaqlar.
Qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edir.

İdman 2023-03-25 03:16:00