×
A
A
A
Sazlamalar

Canni De Byazi: İlk qoladək bərabər səviyyəli oyun gedirdi

Bakı, 25 mart, AZƏRTAC

İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində səfərdə Avstriya yığmasının qonağı olan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, ikinci qoldan sonra isə inamı itirdik. Son dəqiqələrədək çətin oldu bizə. Çox əziyyət çəkdik.
“Millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim qarşısında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik”, - deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, Linz şəhərindəki “Raiffeisen Arena”da keçirilən Avstriya – Azərbaycan oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Seçməmiz növbəti oyununu martın 27-də səfərdə İsveç millisinə qarşı keçirəcək.

İdman 2023-03-25 02:57:00