Vahid Kirişçi: Azərbaycanla münasibətlərimiz bir çox ölkəyə örnək olacaq səviyyədə inkişaf edəcək
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və onun nümayəndə heyəti ilə Türkevində görüşdük. Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığımıza söykənən münasibətlərimiz hər sahədə bir çox ölkəyə örnək olacaq səviyyədə inkişafını davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi sosial şəbəkə hesablarındakı paylaşımlarında qeyd edib.
İki ay ərzində su hövzələrindən 608 sintetik tor götürülüb
Dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir
Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması nəzərdə tutulub
Ötən gün havanın temperaturu iqlim normasından 3.4° yuxarı olub