MN: Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir
Bakı, 24 mart, AZƏRTAC
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.
“Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda qeyd edilib.
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Heydər Əliyev adına Hərbi İnstitutda şəhid zabitin xatirəsi anılıb
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar VİDEO
Müdafiə naziri Gürcüstanda keçirilən hərbi paradda iştirak edib