×
A
A
A
Sazlamalar

Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazanıb

Bakı, 24 mart, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubu Çağırış kuboku yarışlarının finalında İtaliyanın “Reale Mutua Fenera Chieri” komandası ilə qarşılaşıb.
Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib – 3:0. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalına sahib olub.

İdman 2023-03-24 05:18:00