Stolüstü tennisçilərimiz Antalyada daha bir medal qazanıblar
Bakı, 23 mart, AZƏRTAC
Stolüstü tennisçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Antalyada təşkil etdiyi "WTT Youth Contender" yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca Elif Akyürek – Ahmed Gülenler (Türkiyə) tandemini də mübarizədən kənarlaşdırıblar.
Yarımfinalda yerli Görkem Ocal – Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş, Mərziyyə Nurmətova isə bürünc mükafatını qazanıb.
İyirmi ölkənin idmançılarının qatıldığı turnirə martın 25-də yekun vurulacaq.
“Kəpəz” klubu Nəbiyev qardaşları ilə yollarını ayırıb
Bundesliqa təmsilçisi Yaponiya millisinin üzvü ilə vidalaşıb
“Borussiya” klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib
“Sumqayıt” klubu Mehdi Cənnətov ilə üçillik müqavilə imzalayıb
Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib