×
A
A
A
Sazlamalar

“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilib

Bakı, 23 mart, AZƏRTAC

Bu ilin hazırlıq planına əsasən “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” adı uğrunda müsabiqə keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedaqoji vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsi məqsədilə keçirilən müsabiqədə əsas diqqət hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğinə yönəldilib.
Birinci mərhələ üzrə mükafatlandırılan qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər.

Ordu 2023-03-23 12:40:00