Latviya–İsrail matçı azərbaycanlı hakimə həvalə olunub
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda altıncı qrupun üçüncü turunda Latviya-İsrail matçını idarə edəcək.
E.Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində kömək göstərəcəklər.
Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
UEFA Çempionlar Liqası: Ardıcıl dörd final matçında minimal hesablı qələbə qeydə alınıb
Məşqçi: Mehriban Tağıyeva gimnastika üzrə xüsusi olimpiya növündə iştirak edən ilk idmançımızdır
“Mançester Siti” klubu cari mövsüm treblə imza atıb
“Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub
“Mançester Siti”nin azarkeşi İstanbulda Çempionlar Liqasının finalında huşunu itirib