Taekvondoçularımız Belçikadan üç medalla qayıdırlar
Bakı, 20 mart, AZƏRTAC
Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı başa çatıb.
AZƏRTAC Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, G2 kateqoriyalı yarışı millimiz 1 gümüş və 2 bürünc medalla başa vurub.
Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.
UEFA Çempionlar Liqası: Ardıcıl dörd final matçında minimal hesablı qələbə qeydə alınıb
Məşqçi: Mehriban Tağıyeva gimnastika üzrə xüsusi olimpiya növündə iştirak edən ilk idmançımızdır
“Mançester Siti” klubu cari mövsüm treblə imza atıb
“Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub
“Mançester Siti”nin azarkeşi İstanbulda Çempionlar Liqasının finalında huşunu itirib