Gənc boksçularımız dünya kuboku yarışlarında altı medal qazanıblar
Bakı, 20 mart, AZƏRTAC
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, millimiz 25 ölkədən 176 (58 qız, 118 oğlan) idmançının qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.
Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə bitirib.
Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Ö.Aslanlıdan əvvəl Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub
Azərbaycan Premyer Liqasında 36-cı turun son iki görüşünün təyinatları müəyyənləşib
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb