Millimiz “Avro-2024”ün seçmə mərhələsinə “Dalğa Arena”da hazırlaşır
Bakı, 19 mart, AZƏRTAC
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçlə oyunlara hazırlaşan Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı davam edir.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi yığmamız “Dalğa Arena”da hazırlaşır.
Milliyə dəvət alan legioner futbolçular hələlik düşərgəyə qoşulmayıb. Hazırlıqda yalnız ölkə daxilində çıxış edən oyunçular iştirak edirlər.
Yığmamız Avstriya millimiz ilə martın 24-də, İsveç seçməsi ilə ayın 27-də səfərdə üz-üzə gələcək.
İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazanaraq liderlərə yaxınlaşıb
İtaliya A Seriyası: “Yuventus” ardıcıl ikinci səfər oyununda xal itirib
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb
“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik
“Sabah” basketbol klubunun baş məşqçisi: Qələbə uğrunda sona qədər mübarizə aparacağıq