“Qarabağ” və “Qalatasaray” oyununun hakimləri müəyyənləşib
Bakı, 19 mart, AZƏRTAC
Martın 26-da Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.
Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına start verilib
Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq
Yeddi cüdoçumuz Tbilisidə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub
Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazanıb