UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb
Bakı, 17 mart, AZƏRTAC
UEFA Konfrans Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək komandalar məlum olub. Püşkün nəticələrini təqdim edirik:
“Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
“Gent” (Belçika) – “Vest Hem” (İngiltərə)
“AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa).
Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra olacaq. Yarımfinal matçları mayın 11-i və 18-də keçiriləcək.
Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da təşkil ediləcək.
“IronWind” açıq Azərbaycan turnirinin qalibləri bəlli olub
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb