UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb
Bakı, 17 mart, AZƏRTAC
UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə bu mərhələdə qarşılaşacaq komandalar müəyyənləşib:
“Mançester Yunayted” (İngiltərə) - “Sevilya” (İspaniya)
“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya)
“Bayer” (Almaniya) - “Union” (Belçika)
“Feyenoord” (Niderland) - “Roma” (İtaliya).
Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq.
Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da olacaq.
Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar
III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib
“At gücləri” bir arada - klassik avtomobil yürüşü və çövkən yarışı olacaq
Azərbaycan tennisçiləri “Davis Cup” turnirində pley-offa yüksəliblər