×
A
A
A
Sazlamalar

Hərbi İnstitutun kursantları ilə praktiki təlim keçirilib VİDEO

Bakı, 17 mart, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstitutun 2022-2023-cü tədris ili üçün hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə praktiki dəniz təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə kursantlara şəxsi heyətin gəmidə davranışı, təhlükəsizlik qaydaları və gündəlik fəaliyyəti izah edilib.
Kursantlar gəmilərin döyüşə və səfərə hazır vəziyyətinə gətirilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.
Keçirilən məşğələlərdə əsas məqsəd kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Ordu 2023-03-17 13:17:00

Video