×
A
A
A
Sazlamalar

Bu ilin iki ayı ərzində yük və sərnişin daşımada artım olub

Bakı, 17 mart , AZƏRTAC

2023-cü ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 faiz və 20,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 33,8 milyon ton yük daşınıb. Yüklərin 3,3 faizi dəniz, 8,6 faizi dəmir yolu, 0,1 faizi hava, 53,3 faizi avtomobil nəqliyyatı, 34,7 faizi isə boru kəməri ilə daşınıb.

Nəqliyyat 2023-03-17 12:45:00