×
A
A
A
Sazlamalar

“Napoli” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

Bakı, 16 mart, AZƏRTAC

İtaliyanın “Napoli” klubu futbolçusu Stanislav Lobotka ilə müqaviləni yeniləyib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, slovakiyalı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb. Müqaviləyə əməkdaşlığın daha bir il müddətinə uzadılması variantı da daxil edilib.
Yarımmüdafiəçinin “Napoli” ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək idi.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini edib.

İdman 2023-03-16 06:10:00