×
A
A
A
Sazlamalar

FIFA klublararası dünya çempionatının formatında dəyişiklik edib

Bakı, 15 mart, AZƏRTAC

FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, çempionat 2025-ci ildən 32 komandanın iştirakı ilə keçiriləcək.
Turnirdə UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi ölkənin 1 klubu iştirak edəcək.
Qeyd edək ki, indiyədək çempionat altı komandanın iştirakı ilə təşkil olunurdu. Bunlar beş kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisi idi.

İdman 2023-03-15 13:55:00