Sabah “Qarabağ” - “Qalatasaray” oyununun biletləri satışa çıxarılacaq
Bakı, 15 mart, AZƏRTAC
Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.
AZƏRTAC Ağdam təmsilçisinə istinadla xəbər verir ki, matçın biletləri martın 16-da saat 11:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat təşkil edəcək.
Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları, “iticket.az”ın satış məntəqələri, “Park Bulvar”da yerləşən “Qarabağ”ın fan-şopu və “iticket.az”dan əldə etmək mümkündür.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir