×
A
A
A
Sazlamalar

Nazim Umbayev Misirdə Qran-Pri turnirində ədalət təmsilçiləri arasında yer alıb

Bakı, 15 mart, AZƏRTAC

A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Misirdə keçirilən paracüdo üzrə Qran-Pri turnirində ədalət təmsilçiləri arasında yer alıb.
AZƏRTAC Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, N.Umbayev kişilər arasında 90 kiloqram çəki dərəcəsində bürünc medal uğrunda görüşü və 60 kiloqram çəki dərəcəsində final döyüşünü idarə edib.
Qadınlar arasında isə 48 kiloqram çəkidə bürünc, 57 kiloqramda isə qızıl medal uğrunda görüşlər ona həvalə olunub.

İdman 2023-03-15 11:05:00