×
A
A
A
Sazlamalar

Üç qadın güləşçimiz U-23 Avropa çempionatında mübarizəyə başlayır

Bakı, 15 mart, AZƏRTAC
Bu gün Azərbaycanın qadın güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə qoşulacaqlar.
AZƏRTAC xəbər verir ki, Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leorda, Elnurə Məmmədova (55 kq) Angelika Mitkovska (Polşa), Nigar Mirzəzadə (68 kq) slovakiyalı Suzanna Molnar ilə qarşılaşacaq.
Bu gün, həmçinin yunan-Roma güləşçiləri medal qarşılaşmalarına çıxacaqlar. Belə ki, Elmir Əliyev (60 kq) finalda israilli Melkamu Fetene, Qurban Qurbanov (72 kq) İrfan Mirzoyev (Ukrayna), Murad Əhmədiyev (97 kq) isə macarıstanlı Aleks Şoke ilə üz-üzə gələcək.
Həsən Məmmədli (67 kq) bürünc medal uğrunda görüşdə İvo İliyev (Bolqarıstan), İsmayıl Rzayev (82 kq) təsəlliverici qarşılaşmada Adam Qardziola (Polşa) ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

İdman 2023-03-15 10:42:00