×
A
A
A
Sazlamalar

Bakıda Ulu Öndərin xatirəsinə beynəlxalq minifutbol turniri keçiriləcək

Bakı, 14 mart, AZƏRTAC

Mayın 1-dən 6-dək Bakıda minifutbol üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Minifutbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcəklər.
Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Bakı Tennis Akademiyasında keçiriləcək oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

İdman 2023-03-14 16:36:00