Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
Bakı, 14 mart, AZƏRTAC
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyununa təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Türkiyə klubu “Vakıfbank”la İtaliya komandası “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.
Görüş martın 15-də İstanbuldakı “Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.
Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın əsas hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir