Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Bakının Sabunçu rayonunda yerləşən Böyük Şor gölünün sahilində quraşdırılan qaçış zolağının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva iştirak ediblər.
Sakinlərin və idmançıların gündəlik qaçışlar etmələri, yüngül atletika ilə məşğul olmaları üçün nəzərdə tutulan cığır iki zolaqdan ibarət. Uzunluğu 725, eni isə 2,4 metr olan qaçış zolağı xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.
Qaçış cığırı Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Holcim” ASC-nin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.
“IronWind” açıq Azərbaycan turnirinin qalibləri bəlli olub
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb