Azərbaycan nümayəndə heyəti İHİF-nin Baş Assambleyasında iştirak edib
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəyliyi İdman Federasiyalarının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Xarici əlaqələr şöbəsinin direktoru Anar Bağırov İHİF-nin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar Baş Assambleyasında iştirak ediblər.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə İHİF-nin prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud və İHİF-nin rəsmi nümayəndələri çıxış ediblər.
İHİF-nin martın 13-də keçirilən Baş Assambleyasında 2023-cü ilin oktyabr ayında Səudiyyə Ərəbistanında təşkil olunacaq Dünya Döyüş Oyunları ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, İHİF-nin vitse-prezidenti Ç.Hüseynzadə, həmçinin İcraiyyə Komitəsinin iclasında iştirak edib, eləcə də toplantı çərçivəsində İHİF-nin prezidenti Şahzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud ilə görüşüb.
“IronWind” açıq Azərbaycan turnirinin qalibləri bəlli olub
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb