Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb
Bakı, 13 mart, AZƏRTAC
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı qolkiper cari mövsüm yerli çempionatda çıxdığı 25 oyunun 19-da qol buraxmayıb. Nəticədə o, belə nəticəyə imza atan ilk qapıçı adını qazanıb.
Ter Ştegen 1993-1994-cü il mövsümündə La Liqada 25 oyunun 18-də qol buraxmayan "Deportivo"nun qapıçısı Fransisko Llanyonu ötüb.
Qeyd edək ki, almaniyalı futbolçu 2014-cü ildən “Barselona”nın formasını geyinir.
“Mançester Siti” dünyanın ən bahalı futbol brendidir – Reytinq siyahısı
“İnter” Çempionlar Liqasının final oyununa ciddi itkilərlə çıxacaq
Paralimpiyaçılarımız IBSA Dünya Oyunlarında iştirak edəcəklər
Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsillərini davam etdirirlər
Azərbaycan boksçuları üçüncü Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər