“Qarabağ” klubu avrokuboklara vəsiqəni təmin edib
Bakı, 13 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında mükafatçılardan biri dəqiqləşib. XXVI turda “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” xal hesabını 68-ə çatdıraraq ilk üçlükdə yerini təmin edib. Bununla da Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdam təmsilçisi aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.
“Qarabağ” 1993-cü, 2013-2014-cü, 2014-2015-ci, 2015-2016-cı, 2016-2017-ci, 2017-2018-ci, 2018-2019-cu, 2019-2020-ci və 2021-2022-ci il mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993-1994-cü, 1996-1997-ci, 2012-2013-cü və 2020-2021-ci il mövsümlərində gümüş medal qazanıb. 2003-2004-cü, 2009-2010-cu və 2010-2011-ci il mövsümlərində də üçlükdə yer alan “Qarabağ” bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, medal sayında “Qarabağ” yalnız “Neftçi”dən geridədir. Bakı təmsilçisinin 20 mükafatı var.
Maks Ferstappen Formula 1 Monako Qran-Prisinin qalibi olub
Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub
Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkü atılıb
Müstəqillik zirvəsi – güclü Azərbaycan
Marneulidə Müstəqillik günü ilə əlaqədar Şahmat turniri keçirilib