Tokio hava limanında ən böyük günəş paneli quraşdırılacaq
Bakı, 13 mart, AZƏRTAC
2024-cü ilə qədər Tokionun Narita hava limanının ərazisində sahəsi təxminən 200 hektar olan günəş paneli quraşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumata görə, bu, dünyada hava limanlarında quraşdırılmış ən böyük günəş paneli olacaq. Layihəyə əsasən, onun gücü 180 MVt olacaq. O, Narita hava limanının ümumi enerji tələbatının təxminən 40 faizini ödəyə biləcək. Nəhəng günəş panelinin yaradılması və quraşdırılması ilə hava limanının idarəedici şirkəti və “Tokyo Gas” korporasiyası birlikdə məşğul olacaq. Onlar bu layihə üçün vençur şirkət də təsis ediblər. Layihə enerji təhlükəsizliyinin artırılmasına və hava limanının dekarbonlaşdırılmasına yönəldilib.
Təhsil məzmununun idarə edilməsi problemlərinin həlli yolları araşdırılır
Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə konfrans keçiriləcək
Alimlər canlıların davranışına əsaslanan süni intellekt alqoritmləri təklif edirlər
“SKY Global Internship” mübadilə proqramı başa çatıb
Təhsildə süni intellekt – AzMİU-da bir sıra sahələr üzrə yeni metodlar tətbiq oluna bilər