×
A
A
A
Sazlamalar

Filippinli gimnast Bakıda ikinci qızıl medalını əldə edib

Bakı, 12 mart, AZƏRTAC

Filippin təmsilçisi Edriel Karlos Yulo Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında ikinci qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında dayaqlı tullanma yarışlarının finalında E.Yulo uğurla çıxış edərək hakimlərdən 14,933 xal alıb və bütün rəqiblərini qabaqlayıb.
Böyük Britaniya gimnastı Harri Hepvort 14,816 xalla gümüş, Honqkonq idmançısı Hunq Şek Vey 14,716 xalla bürünc medala sahib olub.
Ötən gün filippinli gimnast E.Yulo paralel qollar üzrə yarışlarda da qızıl medal qazanmışdı.
Bu gün milli komandamızın üzvləri İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlərdə final yarışlarında iştirak edəcəklər.
Turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

İdman 2023-03-12 13:15:00