×
A
A
A
Sazlamalar

Həndbol üzrə Azərbaycan millisi Bolqarıstan və Nigeriya seçmələri ilə qarşılaşacaq

Bakı, 11 mart, AZƏRTAC

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.
Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb.
Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
Malta, Andorra, Hindistan A, Kipr, Moldova, Avstraliya B, Böyük Britaniya, Kuba, Qvatemala isə C qrupunda yer alıblar.
Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək.

İdman 2023-03-11 15:31:00