×
A
A
A
Sazlamalar

Nazənin Teymurova dünya kuboku yarışlarında gimnastika tirində proqramını icra edib

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycanın idman gimnastı Nazənin Teymurova Bakıda keçirilən dünya kuboku yarışlarında gimnastika tirində proqramını icra edib.
AZƏRTAC xəbər verir ki, hakimlərdən 11,333 xal alan təmsilçimiz 21-ci pillədə yer alıb.
Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.

İdman 2023-03-10 17:12:00