Azərbaycan ilə Latviya arasında nəqliyyat əlaqələrində əməkdaşlıq müzakirə olunub
Bakı, 10 mart, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkəmizdə səfərdə olan Latviyanın İnvestisiya və Biznesin İnkişafı Agentliyinin baş direktoru Kaspars Rozkalns ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat əlaqələri istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Baltik və Xəzər dənizləri arasında yük daşımalarının həyata keçirilməsi barədə danışıqlar aparılıb. Bununla bağlı uyğun marşrutların tapılması və bu marşrutlar üzərindən yüklərin daşınması məsələləri diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin nəqliyyatın rəqəmsallaşdırılması, o cümlədən İKT, kibertəhlükəsizlik, “ağıllı şəhər”lər ilə bağlı gələcəkdə müvafiq əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib.
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
“British Airways” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində teplovoz aşıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə həftəsonu qatar reyslərinin sayı artırılır