×
A
A
A
Sazlamalar

Fransa klubu baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 10 mart, AZƏRTAC

Fransanın “Anje” klubu baş məşqçi Abdel Buhazamanı istefaya göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın uğursuz çıxışına görə 54 yaşlı mütəxəssis vəzifəsindən göndərilib.
O, ötən ilin noyabrında baş məşqçi təyin edilmişdi. Buhazama komandanı 14 oyuna çıxarıb. Bu görüşlərdən 9-unda uduzan “Anje”, 1 qələbə qazanıb, 4 heç-heçə edib.
“Anje” hazırda Liqa 1-də 10 xalla 20 iştirakçı arasında sonuncudur.

İdman 2023-03-10 13:09:00