×
A
A
A
Sazlamalar

Azərbaycanla Qazaxıstan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq mövcuddur

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələrinin günbəgün daha da möhkəmləndiyi qeyd olunub. Ölkəmizdə gənclər siyasəti barədə məlumat verən nazir Fərid Qayıbov Azərbaycanla Qazaxıstan arasında bu sahədə əməkdaşlığın mövcud olduğunu qeyd edib.
Səmimi görüşə görə təşəkkür edən qazaxıstanlı nazir Darxan Kıdırali Qarabağ haqqında qazax dilində yazılmış kitabı Fərid Qayıbova hədiyyə edib.

İdman 2023-03-10 12:39:00