×
A
A
A
Sazlamalar

PSJ klubu antirekorda imza atıb

Bakı, 10 mart, AZƏRTAC

PSJ klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, Paris klubu tarixində ilk dəfə bir mövsüm ərzində Çempionlar Liqasında keçirdiyi bütün matçlarda qapısında qol görüb.
Komanda bu mövsüm qrup mərhələsindən sonra keçirdiyi 8 görüşün hamısında qol buraxıb.
Xatırladaq ki, PSJ Çempionlar Liqasının səkkizdəbir finalında "Bavariya" ilə mübarizədə uduzaraq (0:1, 0:2) turnirlə vidalaşıb.

İdman 2023-03-10 11:23:00