×
A
A
A
Sazlamalar

AFFA-nın baş katibi: Növbəti mövsüm əvəzedici heyətlər arasında çempionat keçiriləcək VİDEO

Bakı, 7 mart, AZƏRTAC

Növbəti mövsümdən Premyer Liqada iştirak edən futbol klublarının əvəzedici heyətləri arasında çempionat keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev martın 7-də mətbuat konfransında deyib.
Hazırda Premyer Liqada iştirak edən klubların əvəzedici heyətlərinin Birinci Divizionda mübarizə apardığını deyən S.Hacıyev bildirib ki, növbəti mövsümdən bu ayrı olacaq. Birinci Divizionda isə 10 komanda birincilik uğrunda mübarizə aparacaq. Premyer Liqada olduğu kimi, Birinci Divizion komandaları üçün də dövlət tərəfindən maliyyə ayrılacaq.

 

İdman 2023-03-07 14:24:00

Video