×
A
A
A
Sazlamalar

Jozef Kliment: Azərbaycanda futbol infrastrukturu yüksək inkişaf yolundadır

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycanda futbol infrastrukturu yüksək inkişaf yolundadır. Bu cür şəraitin olması UEFA və FIFA səviyyəli beynəlxalq yarışların keçirilməsi baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın hesabat konfransında UEFA-nın Milli assosiasiyalar departamentinin nümayəndəsi Jozef Kliment deyib.
UEFA rəsmisi qeyd edib ki, Azərbaycan bir çox böyük futbol turnirlərinə ev sahibliyi edib. Belə ki, Bakıda UEFA Avropa Liqasının finalı, Avropa çempionatının oyunları təşkil olunub. Bu yarışların hamısı yüksək səviyyədə keçirilib. Burada təcrübəli təşkilatçılar var və bu da bizi sevindirir.

İdman 2023-03-07 14:19:00