×
A
A
A
Sazlamalar

Bu gün futzal üzrə Azərbaycan millisi Polşa yığmasının qonağı olacaq

Bakı, 7 mart, AZƏRTAC

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, milli komandamız Polşa yığmasının qonağı olacaq.
Hesabında 9 xal olan Azərbaycan yığması elit-raunda vəsiqəni ötən tur təmin edib. Qarşılaşma qrup liderliyi baxımından əhəmiyyətli olacaq.
Bakı vaxtı ilə saat 23:00-da Koşalin idman zalında start götürəcək oyunu estoniyalı baş hakim Yaqnar Yakobson idarə edəcək.

İdman 2023-03-07 13:17:00