×
A
A
A
Sazlamalar

Gənc bədii gimnastlarımız Almaniyada üç gümüş medala sahib olublar

Bakı, 6 mart, AZƏRTAC

Gənc bədii gimnastlarımız Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qrup hərəkətləri yığmamız turniri üç gümüş medalla başa vurub.
Yarışda ölkəmizi təmsil edən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı qrup hərəkətləri komandamız çoxnövçülüklə yanaşı, 5 ip və 5 topla hərəkətlərin icrasında fəxri kürsünün ikinci pilləsində yer alıblar.

İdman 2023-03-06 13:14:00