Azərbaycan şahmatçıları Malayziya komandası ilə dostluq görüşündə qalib gəliblər
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər davam edir.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, bu dəfə Azərbaycan və Malayziya şahmatçıları arasında dostluq görüşü keçirilib.
Ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovun təşəbbüsü ilə reallaşan onlayn oyun Azərbaycan komandasının 4,5:3,5 hesablı qələbəsi ilə bitib.
Yarışda Azərbaycanı Fərid Orucov, Tunar Davudov, Səmra Qasımova və Xanım İsmayılova təmsil ediblər.
Ən yaxşı nəticə X.İsmayılovaya məxsus olub. Şahmatçı hər iki görüşündə qələbə qazanıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir