×
A
A
A
Sazlamalar

UFAZ-da “Gələcək üçün kodlaşdır” hakatonu keçirilir

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Azercell”in sponsorluğu ilə “Gələcək üçün kodlaşdır” adlı kompüter elmləri hakatonu keçirilir.
Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib.
Müsabiqə texnologiya, innovasiya və kommunikasiya sahələrində real problemləri həll etmək məqsədilə yenilikçi gəncləri bir araya gətirmək üçün təşkil olunub.
Yarışda iştirak etmək üçün Azərbaycan və Türkiyənin müxtəlif universitetlərindən ümumilikdə 120 komanda müraciət edib. Ciddi seçim prosesindən sonra gender balansı, universitetdə oxuduğu il, ixtisası və bilikləri əsasında 30 komanda seçilib.
İştirakçılar təqdim olunan problemlərin həlli yollarını inkişaf etdirəcək. Tədbirin sonunda texniki münsiflər heyəti bütün layihələri qiymətləndirəcək və ən yaxşılarını seçəcək.

Texnologiya 2023-03-06 11:23:00