×
A
A
A
Sazlamalar

“İdman həftəsi”: Oturaq voleybol üzrə məşqçilərə sertifikatlar verilib

Bakı, 5 mart, AZƏRTAC

“İdman həftəsi” çərçivəsində oturaq voleybol idmanı üzrə məşqçilik seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Paralimpiya İdman Kompleksində iki gün davam edən tədbirdə 13 məşqçi iştirak edib. Nəzəri və təcrübi hissədən ibarət olan seminarı oturaq voleybol üzrə milli komandanın baş məşqçisi Tərlan Hacızadə aparıb.
Seminarda Sumqayıt, İsmayıllı, Xızı, Qubadlı və Gədəbəyi təmsil edən mütəxəssislər iştirak ediblər.
Tədbirin ikinci günündə məşqçilərlə oturaq voleybol komandası arasında sınaq oyunu keçirilib və sonda məşqçilərə müvafiq sertifikatlar verilib.

İdman 2023-03-05 06:45:00