×
A
A
A
Sazlamalar

“Zirə”nin iki futbolçusu milli komandaya dəvət alıb

Bakı, 3 mart, AZƏRTAC

Bakının “Zirə” klubunun iki legioneri milli komandaya dəvət alıb.
AZƏRTAC xəbər verir ki, bunlar İssa Cibriela və Toni Qomesdir. Cibriela Niger, Qomes isə Qvineyu-Bisau yığmasına çağırılıb. Niger yığması Afrika Millətlər kuboku yarışlarının seçmə mərhələsində martın 23-də və 27-də Əlcəzairlə qarşılaşacaq. Qvineya-Bisau isə həmin yarışda Nigeriyaya (24 və 27 mart) rəqib olacaq.

İdman 2023-03-03 12:41:00