×
A
A
A
Sazlamalar

İndoneziya millisinin Bakıda keçiriləcək dünya kuboku yarışları üçün heyəti açıqlanıb

Bakı, 3 mart, AZƏRTAC

Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışlarda iştirak edəcək İndoneziya yığmasının heyəti açıqlanıb. Heyətdə Amira Hariadi və Rifda İrfanalutfi yer alıblar.
Turnirdə rekord sayda - 49 ölkədən 170 idmançının iştirakı gözlənilir.
Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

İdman 2023-03-03 02:50:00