×
A
A
A
Sazlamalar

Məktəblilər üçün avarçəkmə idman növü üzrə ustad dərsləri

Bakı, 2 mart, AZƏRTAC

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman həftəsi çərçivəsində Səbail rayon 239 nömrəli tam orta məktəbdə avarçəkmə idman növü üzrə ustad dərsləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, martın 2-də reallaşan görüşdə akademik avarçəkmə üzrə məşqçi Samir Məmmədov şagirdlərə seminar keçib. Seminar zamanı avarçəkmə idman növünün tarixi və Azərbaycanda inkişaf etdirilən növləri haqqında məlumat verilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının dəstəyi ilə keçirilən seminarın təşkilində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

İdman 2023-03-02 17:38:00