Baş nazirin müavini Şahin Mustafayev Tanzaniyanın Vitse-prezidenti ilə görüşüb
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev martın 1-də Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Tanzaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb
Azərbaycanın Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb