×
A
A
A
Sazlamalar

İlk milli “Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən iki il ötür

Bakı, 1 mart, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC və “Baku Shipyard” MMC-də inşa olunan ilk milli "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən iki il ötür.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, gəminin istismara verilməsi mərasimi 2021-ci il martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə reallaşıb.
İndiyədək “Azərbaycan” gəmisi ilə ümumilikdə 322 reys həyata keçirilib və 1073 vaqon, 2596 ədəd minik avtomobili, 10 min 178 ədəd yük avtomobili/TIR, 11 min 159 nəfər sərnişin daşınıb.
Qeyd edək ki, "Azərbaycan" gəmi-bərəsi Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (RİNA) "Significant Ship 2021" reytinqinə əsasən dünyanın ən yaxşı 50 gəmisi siyahısına daxil edilib.

Nəqliyyat 2023-03-01 11:02:00