×
A
A
A
Sazlamalar

Dünya Bankı ilə “Orta Dəhliz”in inkişaf perspektivləri müzakirə edilib

Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının Mərkəzi Asiya üzrə infrastruktur rəhbəri Antonio Nunezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Dünya Bankı ilə səmərəli əməkdaşlıq təcrübəsi vurğulanaraq son dövrlərdə cəmiyyətdə dayanıqlı və rəqabətədavamlı infrastrukturun yaradılması, həyata keçirilən transformasiya proqramı, eləcə də tranzit potensialının artırılması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.
“Orta Dəhliz”in inkişaf perspektivləri, dəmir yolları infrastrukturunun inkişafı, rəqəmsallaşma və s. sahələrdə bankla potensial əməkdaşlıq imkanları geniş müzakirə edilib.

Nəqliyyat 2023-02-28 15:38:00